Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TƏBƏSSÜM
[ər.] 1. is. Gülümsəmə. [Qocanın] sallaq iri dodaqlarında, yanları cizgilərlə bürüşmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir təbəssüm vardı. A.Şaiq. Xanların istehzalı təbəssümü birdən yoxa çəkildi. M.Hüseyn. □ Təbəssüm etmək (eyləmək) - gülümsəmək. Könlün xoş isə təbəssüm eylə! Mehrin var isə tərəhhüm eylə! Füzuli. Çün baxıb əhvalıma, etdi təbəssüm nazilən; Qönçeyi-baği-behişti gör nə xəndan eylədi. Heyran xanım.
2. Təbəssümlə şəklində zərf. gülümsəyəgülümsəyə, gülümsəyərək. Qətibə başını qaldırıb, Səba xanımın üzünə baxıb təbəssümlə dedi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....