Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TEZ
zərf 1. Dərhal, gecikmədən, gecikdirmədən, əlüstü, az zaman ərzində, sürətlə, cəld. Tez əlac etmək. - Telli tez qalxıb öz otağına çəkildi. S.Hüseyn. Sərvərov tez stol yeşiyindən kağız çıxarıb, əmr qaraladı, özü aparıb makinaçıya verdi. Mir Cəlal. □ Tez eləmək - sürətləndirmək, gecikdirməmək, yubatmamaq. Tez olmaq - cəld hərəkət etmək, yubanmamaq. [Kərbəlayı Qurban:] Tez ol, aç qapını, soyuq məni kəsdi. Çəmənzəminli.
2. Qabaq, əvvəl. Hamıdan tez işə gəlmək.
Bu gün kənd həmişəkindən tez oyanmışdı. S.Qədirzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....