Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

TEATR

[yun. teatros] 1. İncəsənətin, aktyorların tamaşaçılar qarşısında göstərdikləri səhnə tamaşaları vasitəsilə həyatı bədii surətdə əks etdirən növü. Azərbaycan teatrının tarixi. - Hüseynin indi yadına düşdü ki, Həbib bəy o zaman teatrdan danışmışdı. S.Rəhman.
2. Səhnə tamaşaları göstərən və bunun üçün ixtiyarında hər cür lazımi imkanları (artist kollektivi, bina və s.) olan idarə, təşkilat, müəssisə. Opera və balet teatrı. Musiqili teatr. Dram teatrı. Kukla teatrı. - [Qoşqar:] indicə yolda teatrın direktorunu gördüm. İ.Hüseynov. Tamaşa göstərilən bina. [Nuriyyə:] ..Ayna zorla məni yedirir, hər gecə kinoya, teatra aparırdı. İ.Əfəndiyev. // dan. Səhnə tamaşası; tamaşa. Teatr göstərmək. Bu axşam klubda yaxşı teatr var.
Bu və ya digər müəllifə, yaxud ədəbi məktəbə və s.-yə aid dram əsərlərinin məcmusu toplusu. M.F.Axundzadə teatrı.
məc. dan. Gülməli, masqaraya qoyulmalı, qeyri-ciddi hadisə, iş, adam və s. haqqında. iclas deyildi, teatr idi. Onun işi lap teatrdır.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....