Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TALE
is. [ər.] 1. Bəxt, qismət. [Nazlı:] Heç böylə padşah sarayında yaşayan bir xanım da taleyindən şikayət edərmi? H.Cavid. [Kiçikbəyimin] taleyə boyun əyməkdən başqa çarəsi yox idi. Çəmənzəminli.
2. Müqəddərat, gələcək, iqbal. Biçarə ana ölümünü deyil, əziz.. balalarının taleyinin necə olacağını fikir edib ağlayırdı. C.Cabbarlı.
□□ Tale ulduzu - bax bəxt ulduzu (“bəxt” də). Tale (taleyi) üz çevirmək - uğursuzluğa uğramaq, işi bəd gətirmək, həyatında çətin və ağır dövr başlanmaq. Yoxsa tale Salatından üz çevirmişdi? Ə.Məmmədxanlı. Taleyi gətirmək (açılmaq) - bəxti gətirmək. [Əhməd:] Qardaş, hər nə deyirsən de, bu almada bizim bəxtimiz var. Daha taleyimiz bu almaynan açılacaq. (Nağıl). Taleyi gülmək (gülümsəmək, üzünə gülmək) - bəxti gətirmək, işi düz gətirmək. Rəsmi bir yığıncaqda Tükəzban xalanın taleyi üzünə güldü və bir səslə birinci qadınlar qurultayına nümayəndə seçildi. B.Talıblı. Demək, [Aslanın] taleyi gülməyəcəkmiş! Aslan xoşbəxt deyilmiş! S.Vəliyev. Taleyindən (taleyə) küsmək öz bəxtindən küsmək, təqsir özündə olmaq. Taleyini... bağlamaq - gələcəyini, müqəddəratını birinə, ya bir şeyə, hadisəyə bağlamaq, özünü bir şeyə həsr etmək. Taleyini kor qoymaq - təqsir özündə olmaq, öz təqsiri üzündən müvəffəqiyyətsizliyə uğramaq. [Ayaz:] Sən öz taleyini kor qoydun, ona mən neyləyim, - deyə, cavab verdi. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....