Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TALAN
is. [fars.] 1. Qarət, çapovul, çapqın, soyğun. Qabaqlarda dağlarda talan və qarətlə məşğul olan quldurlar çoxdan tutulmuşdur. Ə.Vəliyev.
2. Əhalinin hər hansı milli və ya ictimai qrupuna qarşı mürtəce şovinistlərin quldurcasına çıxışı, onların mal-mülkünün qarət edilməsi və adamlarının öldürülməsi. Şəhərdə talanlar başlandığı haqqında ciddi şayiələr buraxıldı. M.S.Ordubadi. // məc. Soyğunçuluq. Bu, alver deyil, talandır. □ Talan etmək bax talamaq. Xanlar, bəylər talan etmiş rəiyyətin yurdunu; Eyləyirlər mühafizə xain İran qurdunu. A.Səhhət. Talan olmaq - bax talanmaq. Züleyxa və Cəlil yenicə atasız qalmışlardı. Ataları kəndləri talan olan zaman öldürülmüşdü. T.Ş.Simurq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....