Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
TAXTA
is. [fars.] 1. Şalbandan mişarla kəsilmiş çox qalın olmayan yastı ağac parçası. Ağacdan taxta kəsmək. - Zalın baş tərəfində sadəcə şam taxtalarından qayrılmış hündür, enli bir bufet vardı. M.Hüseyn. [Direktor] addımını atdıqca döşəmənin taxtaları cırıldayırdı. B.Bayramov. // Taxtadan qayrılmış, taxtadan olan. [Bürcəliyev:] Hamısı biclikdir, - deyə, taxta çarpayıdan ayağa qalxdı. S.Rəhimov. Qabaqda imran kişi, onun ardınca Tahir taxta pilləkənlə ikinci mərtəbəyə qalxıb, balkonla sola doğru getdilər. M.Hüseyn. Taxtadan qayrılmış qapı, pəncərə və s. tayı, layı. Xasay lampanı söndürdü, pəncərənin o biri taxtasını da atdı. M.Hüseyn.
Hər hansı bir məqsəd üçün taxtadan hazırlanmış lövhəcik və s. Çertyoj taxtası. Şahmat taxtası. Yazı taxtası.
Parça (qumaş) zolağı. Üç taxtadan tikilmiş yorğanüzü. - Göyərçin üstdən on iki taxta, ayağı yaşıl lentli tuman geymişdi. S.Rəhimov. [Nənə:] Bir gör nə deyirəm, ay qız, neçə taxtadan bir tuman çıxardı. Mir Cəlal. // Torpaq zolağı. Bu taxtada darı əkiləcək.
□□ Taxta kimi - çox arıq, bir sümük, bir dəri. Əlləzoğlu taxta kimi quru ovcunu qorun üstünə basıb cəld yerə atıldı. I.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....