Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞÜURLU
sif. Şüuru olan, anlaqlı, dərrakəli, düşüncəli, fəhmli, qanacaqlı. Şüurlu tələbə. Şüurlu uşaq. - [Süleyman:] Xeyr, bəy, Əsgər çox gözəl oğlandır, çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. Ü.Hacıbəyov. // Şüurun inkişafı ilə, şüurla bağlı olan. Şüurlu yaş. Şüurlu həyat. Şüurlu sevgi. Ömrünün şüurlu dövrü. // Hər hansı bir görüşə, prinsipə istinad edən. Şüurlu ateist. Şüurlu materialist. // Zərf mənasında. Ağılla düşünərək, fikirləşərək. işə şüurlu yanaşmaq. // Qəsdən, qərəzlə, bilə-bilə edilən. Şüurlu hərəkət.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....