Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞÜŞƏ
is. 1. Kvarslı qumu əridib kimyəvi üsulla işləmək nəticəsində alınan sərt, şəffaf material. Şüşə istehsalı. Tutqun şüşə. Naxışlı şüşə. Şüşə zavodu. □ Şüşə kimi (tək) 1) öz parıltısı, şəffaflığı və s. cəhətdən şüşəyə oxşayan (təşbehlərdə işlənir). Silinib çəkməsi, şüşətəkparlaq; Daranmış saçları geriyə qıvraq. H.K.Sanılı; 2) məc. Durğun, ölgün, hərəkətsiz, cansız. Qaraşın sifəti iri, durğun, şüşə kimi soyuq gözləri vardı. M.Hüseyn.
2. Bu materialdan hazırlanan nazik lay, təbəqə və ya başqa formalı şey, məmulat. Stolüstü şüşə. Şüşə güldan. Lampa şüşəsi. Şüşə tıxac. Şüşə boru. - Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Mir Cəlal. Qutu pəncərə şüşəsini para-para elədi. S.Rəhman. // Şüşə qırığı, şüşə parçası. Əlimi şüşə kəsib. □ Böyüdücü şüşə - şeyi çox böyüdülmüş şəkildə göstərən linza, ədəsə. // Butulka. Bir şüşə limonad. iki şüşə şərab. - Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Ə.Haqverdiyev. Murad bəy və yoldaşları içki şüşələrindən bir neçəsini boşaltmış və oturmaqdan yorulub uzanmışdılar. T.Ş.Simurq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....