Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞÜKÜR
is. [ər.] Edilən yaxşılığa qarşı minnətdarlıq, təşəkkür, razılıq ifadəsi. [Kərbəlayı Məhəmməd:] Pərvərdigara! Səndən üzülməyənə heç zad olmaz imiş. Sənə min şükür! - deyib, əlini ustanın toqqasına atdı. Çəmənzəminli. [Əli əmniyyəbaşı:] Bir gecəlik qonağıq, ev sahibi nə versə, ona da şükür. M.İbrahimov. □ Şükür (şükür-səna) etmək (eləmək, qılmaq) - razılıq etmək, minnətdarlığını bildirmək, təşəkkürünü ifadə etmək, razılığını bildirmək. Birini gör, fikir elə; birini gör, şükür elə. (Ata. sözü). Mehman kişi qızının gözlərinə diqqətlə baxdığı vaxt Qəmərin ürəyi dağ boyda olur, qəlbən fərəhlənir, sürdükləri asudə həyat üçün şükür-səna edirdi. Ə.Vəliyev.
□□ Şükür Allaha (Tanrıya, Yaradana və s.) - 1) yaxşı ki oldu, xoşbəxtlikdən, bəxtimizdən (bəxtinizdən). [Xəstə sövdagər:] Şükür olsun Allaha, şəfa tapdım, daha canımda bir dərd qalmadı. E.Sultanov; 2) razılıq, minnətdarlıq, təşəkkür ifadəsi. [Sənəm:] Nə üçün, şükür Allaha, yaxşıyam. Ü.Hacıbəyov. [Qurban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev. [Ana:] Oğlumu evləndirəndə, onun arvadına [hamayili] bağışlayaram. Nə eləyim? Şükür dərgahına, qismət deyilmiş. B.Talıblı. Şükür (şükürlər) olsun! - bax Allaha şükür! Hədsiz şükürlər olsun dünyada gördüyüm günlərə! C.Məmmədquluzadə. [Həsənağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma, gəlsinlər bir söhbət edək. Ə.Haqverdiyev. Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....