Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ŞÜƏRA

is. [ər. “şair” söz. cəmi] klas. Şairlər. Ə gər çi Sədi və Hafizdən sonra iranda şeir qayətdə tənəzzülə düşüb, şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq olmuşdu. M.F.Axundzadə. Seyyida, bunca ki məsciddən edirlər nifrət; Nə görüblər, görəsən kim, şüəra məsciddə? S.Ə.Şirvani. ..Bizim şüəra cismən fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. F.Köçərli. [A.Səhhət] gənc ikən şeirlə maraqlanaraq Seyid Əzimə təqlidən bir çox qəzəl yazmışdır. Ədəbi qaydanı, xüsusən, əruz vəznini Şamaxı şüəra və ürəfasından sayılan Hacı Cabbar Sabitdən öyrənmiş(di).. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....