Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞÜCAƏT
is. [ər.] İgidlik, rəşadət, cəsarət, cəngavərlik, qoçaqlıq, bahadırlıq, mərdlik. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. [Vəzir:] Leyla, bu nə halətdir? Sən hara, Harun hara. Harun şücaət və cəsarətdə ad qazanmış bir pəhləvandır. Ü.Hacıbəyov. □ Şücaət göstərmək hünər göstərmək, igidlik, qoçaqlıq eləmək. [Toğrul:] Eh, çox böyük şücaət göstərmişsən. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....