Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞURA
is. [ər.] 1. Hər hansı bir məsələni, işi və s. müzakirə etmək, məsləhətləşmək üçün bir yerə yığışma; müşavirə, məclis. Valideynlər şurası.
Hər hansı bir təşkilat, idarə, cəmiyyət yanında sərəncamverici və ya məşvərətçi orqan. institutun elmi şurası. Həmkarlar ittifaqları Şurası. - Rüstəm dönüb atını çəkmək istərkən, Qəhrəman pedaqoji şuranın üzvlərilə içəridən çıxdı. S.Rəhimov. [Zakirov:] Flora, elmi şura üzvləri gəliblər? Ə.Məmmədxanlı. □ Şura etmək - iclas çağırmaq, məclis qurmaq, yığışıb məsləhətləşmək.
Bax Sovet (bəzən cəm şəklində: şuralar). Şura katibi Məmmədəli də asudə, fikirsizzikirsiz gəlib dəftərxananın sol küncündə öz yerində oturdu. B.Talıblı. Şuralar hökumətində qadınlara zülm və cəbr edənlərin yeri həbsxanadır. S.Hüseyn. [Kərim:] ..Şuranın qurulmağından on il keçir, [Ərşad] niyə gətirib tüfəngi hökumətə təhvil verməyib? İ.Əfəndiyev. Seçilmiş və ya təyin olunmuş şəxslərdən ibarət olub, dövlət, yaxud onun hər hansı bir sahəsində rəhbər rol oynayan bəzi dövlət orqanlarının adı. Müdafiə şurası. Xalq təsərrüfatı şurası.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....