Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞUR2
is. [fars.] 1. Vəcd, şövq, cuşa gəlmə; coşqunluq. Dili-divanə sevər cantək o zülfisiyəhi; Başının şurini gör, eşqdə sevdasına bax. S.Ə.Şirvani. Məcnun öz şurilə çox da aləmə səs salmasın; Hansı namərd can əsirgər bir nigarın eşqinə? S.Vurğun. // Gurultu, patırtı. □ Şur etmək - bax şur salmaq. Şur salmaq - səs-küy salmaq, gurultu qoparmaq. Şura gəlmək - vəcdə gəlmək, cuşa gəlmək, ruhlanmaq, şövqlənmək. Tarçı şura gələr tarı görəndə. M.Rahim. Şura gətirmək - vəcdə gətirmək, cuşa gətirmək, ruhlandırmaq. Pərini almaq həvəsi onu tamam şura gətirmişdi. Ə.Əbülhəsən.
2. “ilə” qoşması ilə - vəcdlə, həvəslə, şövqlə, ruh yüksəkliyi ilə. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. Ötürdü şaxədə şur ilə bülbül. M.Rahim.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....