Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞULUQLUQ
is. 1. Nadinclik, dəcəllik. Şuluqluq eləmək.
2. Hərc-mərclik, araqarışma, qarışıqlıq, çaxnaşma, iğtişaş, özbaşınalıq. // Qovğa, mərəkə, həngamə, qarışıqlıq. Bəzən yerbəyerdən mütrübü çağırardılar. Şuluqluq başlanardı. H.Sarabski. [Cavan oğlan:] Şuluqluqdan qardaş qardaşı itirir. Mir Cəlal. □ Şuluqluq düşmək - ara qarışmaq, qayda, nizam pozulmaq, çaxnaşma düşmək. Hamı yığılır. “Nə oldu, nə olduI” deyib, aralaşdırırlar, şuluqluq düşür. Ü.Hacıbəyov. Şuluqluq salmaq aranı qarışdırmaq, qarışıqlıq salmaq, qalmaqal salmaq, nizamsızlıq törətmək. [Mirzə Cəmil] xeyli düşünüb-daşınandan sonra bu qərara gəldi ki, fəhlələr arasında şuluqluq salan Ataşdır. Ə.Vəliyev. Ucqar stansiyalarda şuluqluq salan silahlı hərbçilərə rast gəlmək olar. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....