Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞUXLUQ
is. 1. Oynaqlıq, şivəlilik, nazlılıq, gülərüzlülük; naz, şivə, sərbəst və nazlı hərəkət. Həmzəyə həmişəki kimi, yenə də Sonanın bu şuxluğu çox xoş gəldi. Ə.Əbülhəsən.
Qəşənglik, incəlik, zəriflik, məlahət. [Qızların] əndamına şuxluq verən xüsusiyyətlərdən birisi də boyunlarının ağlığı və uzunluğudur. M.S.Ordubadi. Quşun tüklərinin oynaqlığını, şuxluğunu, zərifliyini, bir sözlə, gözəlliyini təsvir etməyə nə mövcud rənglər, nə məlum kəlmələr kifayət etməz. M.Rzaquluzadə.
məc. Zarafat. □ Şuxluq eləmək - zarafat eləmək, əylənmək. [Pəri:] Şuxluq edirəm, Bəhram, Sara harada olursa, bizə mane ola bilməyəcək. C.Cabbarlı. Usta Kazım Azadı öz övladı kimi istəyir, onunla danışanda şuxluq eləyirdi. S.Rəhman. Şuxluğa salmaq - zarafata salmaq. [Kişi] söz arasında çox zaman şuxluğa salıb ruhanilər əleyhinə təbliğat aparırdı. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....