Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞÖLƏ
is. [ər.] Alov, parıltı, işıltı, şəfəq. [Xortdan:] Səhranın günbatan tərəfindən, gördüm, bir şölə asimanə bülənd olub. Ə.Haqverdiyev. Qaraca qızın sevgili şəlaləsi Günəşin qırmızı şöləsindən parlayırdı. S.S.Axundov. Aslanın gözlərində ani bir şölə parıldayıb söndü. M.Hüseyn. □ Şölə çəkmək - alovla yanmaq, zəbanə çəkmək, alovlanmaq; işıq saçmaq. Gəldi həm növ-növ şərbətlər; Şəmlər asimanə şölə çəkər. S.Ə.Şirvani. [Qızıl qayada] yer altından çıxan qaz, kim bilir, nə zaman bir yolçunun, bir ovçunun ya bir çobanın çaxmaq daşından od alıb gecəgündüz şölə çəkib yanır. R.Rza. // Məc. mənada. Alışıb şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-niyran dedilər, gərçək imiş. S.Ə.Şirvani. Şölə vermək (saçmaq) qızarmaq, allanmaq; parıldamaq, işıldamaq, şölələnmək, işıq saçmaq. Başına dönüm, ay saqi; Doldur piyalədən yaxşı; Yanaqların şölə verir; Qırmızı lalədən yaxşı. Aşıq Rəcəb. Yer üzündə şölə saçır neçə min çıraq; Şəfəqlərin ağ sütunu ərşə toxunur. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....