Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ŞİVƏN

is. [fars.] Fəryad, fəğan, nalə, bərk ağlaşma, matəm, yas. Seyyid, aşiq olalı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş. S.Ə.Şirvani. Bülbül dedi: “- Dünyada o kimdir gülə bir gün; illərcə zəbun etməyə şən könlünü şivən” . H.Cavid. □ Şivən etmək (qaldırmaq, qılmaq, qoparmaq, salmaq) - bərk ağlamaq, fəryad qoparmaq, fəğan etmək. Gedərəm, kuyində qıllam şivəni; Yığaram başıma dostu, düşməni. M.P.Vaqif. Sərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi. Ə.Haqverdiyev. // Qiyamət qoparmaq, haray salmaq, mərəkə qoparmaq. Əvvəllər evlənmək söhbəti düşəndə Şərif bir tikə narahat olub şivən eləməzdi. C.Məmmədquluzadə. // Yas, matəm, ağlaşma. Ölüsü bir gün, şivəni min gün. (Ata. sözü). □ Şivən qurmaq matəm məclisi qurmaq, yas tutmaq. Namərd müxənnətin boynu vurulsun; Vay düşsün evinə, şivən qurulsun. Aşıq Ələsgər. Şivən qopmaq - fəryad qopmaq, bərk ağlaşma düşmək. ..Yenicə yatağıma uzanmışdım ki, qonşu evdən acıqlı və yanıqlı bir şivən qopdu. A.Şaiq. Bir az əvvəl qəmli və ağır sükuta batmış qadınlardan yenə şivən qopdu. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....