Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞİŞ2
1. is. Kabab bişirmək üçün ucu iti dəmir və ya ağac çubuq. Əti şişə çəkmək. Bir şiş kabab. - [Çingiz:] ..Bir budu şişə çəkib, iki çörək ilə tək yemişəm. Ə.Haqverdiyev. ..incə ətirli budaqlardan şişlər, ocaqlarda yaqut kimi qızarar közlər hazırlanmışdı. M.Rzaquluzadə.
2. sif. İti, sivri. [Pəricahan xanım:] [Onlar] o şiş papaqlarını qoyub qaçmışlar. S.S.Axundov. Şiş ucları buludlarla döyüşən; Dağlarında buzları var ölkəmin. C.Cabbarlı.
□□ Şişə taxmaq (çəkmək) məc. - əziyyət vermək, zülm etmək, bərk incitmək. Ögey ana uşaqları şişə taxır. - Xanzadələr şişə taxır rəy əti. Q.Zakir. Şişdə ütmək - bax şişə taxmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....