Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞİRNİ
is. Qənd, şəkər, konfet, nabat və s. şirin şeylər; şirniyyat, qənnadı. Şirni almaq. Şirni yemək. - Hünər heç vaxt öz əlində bu qədər şirni görməmişdi. Mir Cəlal. At kişmiş qoxusunu alaraq, Ayaza yaxın gəldi və şirnini onun ovucundan sümürdü. Ə.Məmmədxanlı.
□□ Şirni içilmək - nişanlanmaq, üzük taxılmaq. Bir həftə sonra şirni içildi, kəbin kəsildi, toy dəsgahı Məşədi Cavadın vəfatının ili çıxmasına qaldı. B.Talıblı. Şirni içmək - nişanlamaq. [Novruzqulu:] Kəbleyi, nə vaxt buyurursunuz, şirni içməyə gələk? H.Sarabski. Şirni vermək - xoş, xeyir bir iş münasibətilə şirniyə qonaq eləmək. Təzə evin şirnisini vermək. Paltarın şirnisini vermək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....