Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞİRİN-ŞİRİN
zərf Həvəslə, şövqlə, ləzzətlə, iştaha ilə. Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. S.S.Axundov. [Ağsaqqal kişi] şor-çörək tikəsini orduna basır, yağ-bal kimi şirin-şirin yeyirdi. Mir Cəlal. // sif. məc. Şirin, xoş, dadlı. Şirin-şirin sözlər. Şirin-şirin yuxular. - Məktəbdə var şərafət; Dəftərdə var lətafət; Cari olur qələmdən; Şirin-şirin hekayət. M.Ə.Sabir. Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışır, çox qəribə tapmacalar deyərdi. Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....