Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞİRƏ1
is. [fars.] 1. Toxumalarda, hüceyrələrdə, bitki və heyvan orqanizmi boşluqlarında olan duru maddə, maye. Mədə şirəsi. // Bitkilərdən, çiçəklərdən sızan şirin maye. Şirə yığmaqda idi bal arısı zəhmət ilə; Qaraquş gördü onu, söylədi çox nifrət ilə. A.Səhhət. Qırx gözəl qız bir anda yamaca yayılıb, ana vətənin şirəsini içmiş ətirli dağ çiçəkləri yığdılar. M.Rzaquluzadə.
Meyvə suyu. Üzüm şirəsi. Çiyələk şirəsi. - Baba isə.. üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı. H.Sarabski.
məc. Bir şeyin məğzi, cövhəri. O, sözünü belə başladı və Əlimərdan bəyə tərcümə eləməsini tapşırdı: - Burada oturanlar müsəlman ruhunun şirəsidir. M.S.Ordubadi.
k.t. Sulu gübrə. Şamama sahəsinə peyin şirəsi də vermişdi. Ə.Əbülhəsən. Yaşlıq, rütubət. Torpağın şirəsi.
□□ Şirə çəkmək məc. - ləzzət aparmaq, nəşə çəkmək, şəhvani zövq almaq. [Usta Həsən:] Danışma, dur düş qabağıma, sən dişini çəkdirərsən, mən də bir az şirə çəkərəm. Ə.Haqverdiyev. Mirzə Mustafa çadraya bürünüb arvadların içinə məclislərdə, toylarda və təziyələrdə qarışırdı, şirə çəkirdi. E.Sultanov. Şirəsini sormaq - qanmı sormaq, istismar etmək. Nə qədər ki [mülkədarlar] yaşayırlar, sizin şirənizi soracaqlar. Ə.Vəliyev. Dişində şirə qalmaq - bax diş.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....