Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞİKƏSTƏ
[fars.] 1. Segah məqamında zərbli muğam. Sürü-sürü qoyunları çoban yamacda otladır; Alır ələ papağını, oxur şikəstə, fit çalır. A.Səhhət. Həzin şikəstə oxuması Gülzarın fikrini dağıtmaq əvəzinə daha da onu qəhər və yas içində boğurdu. T.Ş.Simurq. İçi adamla dolu qayıqlarda xanəndələr şikəstə oxuyurdular. Ə.Məmmədxanlı.
sif. məc. klas. Sınıq, qırıq, qırılmış, sınmış. İntizarın mən çəkirəm neyvəstə; Könül pərişandır, xatir şikəstə. M.V.Vidadi. Sınıq səbudə su tutmaz qərar, mey durmaz; Şikəstə könlümə məhvəm ki, qan ilən doludur. Q.Təbrizi. [Cavan sevgilisinə:] Nə oldu? Söylə, neçin böylə bivəfa çıxdın? Şikəstə könlümü, bilməm, neçin yaxıb yıxdın? H.Cavid. □ Şikəstə etmək klas. - sındırmaq, qırmaq, üzmək. Etmə şikəstə Seyyidi, ey badəxar, xar; Etsin sənə həmişə bu əhli-dua, dua. S.Ə.Şirvani.
sif. məc. Qəlbi qırılmış, qəlbi yaralı, ürəyi sınmış. Şikəstə Zakirəm, sevmişdim səni; Atəşi-fəraqə yandırdın məni. Q.Zakir. Hicran tüccariyəm, qəm şikəstəsi; Axtarıram bu dünyanı sini-sin. Aşıq Ələsgər.
is. Fars yazısında işlədilən, sürətlə yazılan yazı xətlərindən birinin adı. Şikəstə xətti.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....