Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞILLAQ
is. Ayaqla vurma, təpik atma; təpik. Kəndliyə gəldi, vurdu bir şıllaq; Arıları dağıtdı ol sarsaq. S.Ə.Şirvani. [Kişi:] Gərək [atın] başını çəkəm, qorxuram, şıllağa qalxıb özünü səqət eləsin. S.Rəhimov. □ Şıllaq atmaq - 1) təpik atmaq, şıllaqlamaq. Düz yerdə gəzə bilmir, şumda şıllaq atır. (Məsəl). Tüfəng açılan kimi, onun səsindən ürkən eşşək bir qoşa şıllaq atdı.. M.Rzaquluzadə; 2) məc. dan. Qızışmaq, həyasızlaşmaq, cızığından çıxmaq. [Cəbi:] O arvaddan həzər etmək gərək, hansı ki, əri evdən gedəndən sonra şıllaq ata. N.Vəzirov. // Azğınlaşmaq, qudurmaq. [Kürd Musa:] Ay Eldar! Doğrusu bu bəylər ki, var; Bir azca arpası çox düşən zaman; Yabı cinsi kimi şıllaq atırlar. S.Vurğun. Şıllağa durmaq - bax şıllaq atmaq 2-ci mənada. [Hacı Murad:] ..Yeyin mənim yağlı-yağlı xörəklərimi, sonra qızışıb şıllağa durun. S.S.Axundov.
ŞILLAQATAN, ŞILLAQÇI sif Təpik (şıllaq) atmaq xasiyyəti olan. Şıllaqatan at.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....