Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞƏRT
is. [ər.] 1. Bir şeyin var olması, həyata keçməsi üçün lazım olan amillər; əsas, zəmin. Fiziki hazırlıq uçuş üçün əsas şərtdir. icranın yoxlanması müvəffəqiyyətin mühüm şərtidir. - Yalnız qabaqcıl fikirlərlə yaşamaq azdır, bu fikirləri yüksək bədii şəkildə əks etdirmək də sənət əsəri üçün zəruri şərtdir. M.İbrahimov.
Bir-birilə saziş bağlayan tərəflərdən hər hansı birinin irəli sürdüyü tələb və ya təklif. [Məmmədbağır] axırda Əsməri tapıb onunla evləndi, çünki Əsmər onun istədiyi şərtlərə tamamilə uyğun idi. S.Hüseyn. □ Şərt etmək (qılmaq, kəsmək) - əvvəlcədən razılaşmaq, uzlaşmaq, sözü bir etmək, kəsdirmək. Aqibət şərt qıldı iki təbib; Hərə bir zəhr eyləsin tərtib. S.Ə.Şirvani. [Zakirov Nisə xanıma:] Nisə, evdən çıxanda səninlə söz danışdıq, şərt kəsdik. Ə.Məmmədxanlı.
Müqavilənin, tərəflərin bu və ya digər öhdəliyini müəyyənləşdirən maddəsi. □ Şərt bağlamaq - bir şey haqqında razılığa gələrək yazılı və ya şifahi şəkildə qarşılıqlı öhdəlik götürmək.
İki və ya bir neçə şəxs arasında saziş, uzlaşma, bağlaşma, şərtləşmə. Şərtə görə o, işi dünən qurtarmalı idi. □ Şərt bağlamaq müqavilə (saziş) bağlamaq, şərtləşmək. Sizin yanınızda şərt bağladıq biz; Boyun qaçırmadıq öz vədimizdən... S.Vurğun.
□□ Şərti şumda kəsmək - sonradan mübahisə, anlaşılmazlıq olmasın deyə, bir şey haqqında qabaqcadan razılığa gəlmək, əvvəlcədən razılaşmaq, şərtləşmək, qərarlaşmaq. Dəstəyə təzə adamlar gələndə Şamil əvvəlcədən şərti şumda kəsərdi. M.Hüseyn. [Allahqulu:] Kənddə belə məsəl çəkərlər ki, “şərti şumda kəsək, xırmanda yaba qapmayaq” . Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....