Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞƏRİK
is. [ər.] 1. Hər hansı bir işdə (ticarətdə və s.-də) başqası ilə birgə iştirak edən adam; ortaq. Əbülhəsənbəy cavahirfüruş və onun şəriki Ağa Əsəd Tütünçü oğlu öz ticarət işlərinə baş çəkməkdən ötrü Culfaya gedirlər. M.S.Ordubadi. Hacı Nəsir ayrı bir yerdə yaşayan şərikilə hesab çəkməyə getmişdi. S.S.Axundov. □ Şərik etmək (eləmək) - özünə ortaq etmək. [Əsgər bəy:] Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. M.F.Axundzadə. [Ruqiyyə Əhmədə:] Dərdinə məni şərik et. A.Divanbəyoğlu. Şərik olmaq - 1) ortaq olmaq. Alverdə şərik olmaq, ortaq olmaq; 2) iştirak etmək, yoldaşlıq eləmək, birləşmək. Öz müsibətimi unudub [Xədicənin] qəminə şərik oldum. S.Hüseyn; 3) razılaşmaq, qoşulmaq. Dostumun fikrinə şərik oldum. Şərik çıxmaq - bir işdə iştirak etmədiyi halda, şəriklik iddiasında olmaq.
İştirak edən, əli olan, əlbir olan. [Fərraşbaşı:] Bəli, batində o da Ağa Mərdanın şəriki imiş. M.F.Axundzadə. [İbrahim bəy:] ..Belə işdə Camal bəylə şərik iş görənin biri də o Hacı Qurban lənətullahdır. N.Vəzirov. Şərikəm şəklində - razıyam, qoşuluram, etirazım yoxdur. [Həcər xanım:] Mən də onun fikrinə şərikəm. S.S.Axundov. [Ata:] Mən sənin sözünə şərikəm, Heybət, - dedi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....