Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞƏMATƏT
is. [ər.] klas. 1. Birinin başına gələn bəla və müsibətdən düşmənin sevinib kam alması; bədxahlıq.
2. Tənə, məzəmmət, danlaq. Olmayaydım ol pəri eşqində rüsvayi-cəhan; Çəkməyəydim dustü düşməndən şəmatət kaş ki. S.Ə.Şirvani. Müftəxorluq nə gözəl peşə idi, tutmuş idim; Nə açan üstünü karın, nə şəmatət var idi. M.Ə.Sabir. □ Şəmatət etmək klas. - tənə vurmaq, ayıblamaq, danlamaq, məzəmmətləmək. Bir qədər [gəncə] ağır gəlirdi; İlmək boğaza keçib asılmaq; Təhqir ilə yellənib də qalmaq; Meydanda duran bütün cəmaət; Hərdən edələr ona şəmatət. A.Səhhət.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla