Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞƏKİL
is. [ər.] 1. Bir şeyin, ya adamın xarici görünüşü; sifət, surət. Uşaq böyüdükcə şəklini dəyişirdi. - Vidadi xəstəni gəl indi tanı; hanı o sən görən şəklü nişanı. M.V.Vidadi. Şəkli düşmək - hamar, parlaq səth üzərində surəti, əksi düşmək (görünmək). Suya ağacların şəkli düşmüşdür.
Bir şeyin və ya şəxsin əl və ya foto ilə çəkilmiş surəti; tablo, rəsm. Əsgər şəkli. Divardan böyük bir şəkil asılmışdı. - [Qulu:] Özgələrin evinə gedirsən - bir küncdə divan, bir yanda stullar və stollar, divarlarda xalılar və şəkillər asılıb. N.Nərimanov. Novruzun qəzetdə çıxmış şəkli əldən-ələ dolaşır, onun adı dillərdə əzbər olurdu. S.Rəhman. □ Şəkil çəkmək - 1) rəsm çəkmək; 2) fotosurətini çıxarmaq. Şəklini çəkdirmək - fotoqrafıya üsulu ilə öz əksini çıxartdırmaq. // Surət, obraz, təsvir, bənzər, timsal. Onun şəkli indi də gözümün qabağından getmir.
məc. Öz xarici gözəlliyi, bədiiliyi ilə adamı heyran edən şey haqqında. İnsan deyil, bir şəkildir. □ Şəkil kimi - gözəl, göyçək qəşəng (adam haqqında). [Gülgəz:] Mənim oğlum Bakı kimi yerdə oxuyur. Şəkil kimi oğlandır. İ.Əfəndiyev.
Dram əsərlərində ayrıca dekorasiya tələb edən pərdənin bir hissəsi. “Vaqif” pyesi 5 pərdə 11 şəkildir. - Kinostudiya bir şəklin ayrı-ayrı hissələrini çəkmək üçün ekspedisiyaya hazırlaşırdı. İ.Əfəndiyev.
məc. Mənzərə, təsəvvür olunan şey. Gələcək şəhərin şəklini göz qabağına gətirmək. Qürubun valehedici şəklinə tamaşa etmək.
Kinofilm. Dünən klubda maraqlı bir şəkil göstərdilər. Vəziyyət, hal, forma, xarakter. İlyasın söhbəti çox ciddi şəkil aldı. M.S.Ordubadi. Şəklə düşmək (girmək) - bu və ya başqa bir şəkil almaq, dona girmək, şəklini dəyişmək. Bu halda bir qoca ağsaqqal kişi əlində ağac və bir neçə jandarm daxil olurlar. Onlardan biri deyir: “Qanun hökmünə görə dustaq edərəm sizi” . Laçın bəy, Cahangir bəy, Qulu bəy hərəsi bir şəklə düşür. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....