Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ŞƏFQƏT

is. [ər.] Rəhm, mərhəmət, acıma, yazığı gəlmə, ürəyi yanma, riqqət. [Hatəmxan ağa:] Sənə lazım olan ərəb, fars, türki, rus dilləridir ki, Allaha şükür, dövləti-əmniyyəmizin şəfqətindən açılan mədrəsələrdə hamısını oxuyub öyrənibsən. M.F.Axundzadə. [Zeynəbin] kişilərə qarşı olan nifrəti azalır, qəlbində mərhəmət və şəfqət hissi oyanırdı. Qantəmir. // Ananın övladına olan məhəbbəti kimi ürəkdən gələn dərin məhəbbət. Ana şəfqəti. - Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil. Mir Cəlal.
□□ Şəfqət bacısı - xəstəxanalarda: orta tibb təhsili olan tibb işçisi (qadın-qız). Şəfqət bacısı özünü saxlaya bilməyib ağlamağa başladı. Ə.Vəliyev. Dəstədə on nəfər əla nişançı, iki də şəfqət bacısı vardı. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....