Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞƏFFAF
sif. [ər.] Baxdıqda o biri tərəfi görünən, işığı asanlıqla buraxan, içindən keçirən. Şəffaf şüşə. Şəffaf cisim. // məc. Aydın, tərtəmiz, dumduru. Şəffaf göy. Şəffaf su. - O yerdə kim, göyün üzü şəffafdır; Çeşmələri qayət sərindir, safdır. A.Səhhət. Yuyundun, darandın, qarlar kimi saf; Tellərin sığallı, gözlərin şəffaf. Ə.Cavad. Qış gecəsinin şəffaf havasında mayakın işığı çox yaxşı görünürdü. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....