ŞƏBAB(ƏT)is. [ər.] klas. Gənclik, cavanlıq. Fəqət bahari-şəbabımda bir çiçək buldum; Qaçırdım əldən, onun həsrətilə məhv oldum. H.Cavid. [Əmir qızlara:] Bir nəğmə çalın, həm oxuyun qəlbimi şad eyləyəsiz; Həm şəbabətdə keçən günləri yad eyləyəsiz. U.Hacıbəyov. Qocaldım, gedibdir zamani-şəbabım; Alınmaz sualım, verilməz cavabım. Ə.Nəzmi. □ Şəbabətə yetmək - gənclik dövrünə yetmək (ayaq basmaq), cavanlıq dövrü başlamaq. Cavan qızın sinni şəbabətə yetmişdi. Zahir və batində çocuqluq əsərləri məhv olub gedirdi. Çəmənzəminli.
Dostlarınızla paylaşın!
|
Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın. |