Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞEYTAN
is. [ər.] 1. Dini təsəvvürlərə görə şəri təmsil edən mövhum varlıq; cin, iblis (dini əfsanələrə görə mələklərdən olub, guya Adəm peyğəmbərə səcdə etmədiyinə görə göydən qovulmuş və o zamandan bəri insanları pis yollara çəkməyə çalışan bir varlıq). Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. (Məsəl). Səcdə qıl yarə, könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani. Artıq nə molla var, nə cin, nə şeytan; Nə yumruq, nə qamçı, nə nökər, nə xan. S.Vurğun.
2. məc. Araqarışdıran, fitnəkar, xəbərçi, çuğul adam haqqında. [Nəsir:] Şeytana rast gəlməsən, nə var ki. H.Nəzərli. [Qəhrəman:] Sən demə, şeytan-şuğul bunu bəyə xəbər verib. Ə.Vəliyev. // məc. zar. Çox bic, kələkbaz. [Əsgər:] Halal olsun, Süleyman, sən nə kələkbazsan, şeytan! Öyrədib məni yola saldın, mənə rast gəldi yarcan. U.Hacıbəyov. // məc. Dəcəl. Şeytan bir qız nəvəsi də; Ayaq üstə dayanmışdı. N.Rəfıbəyli.
□□ Şeytan fəhləsi - yorulmadan havayı, müftə işləyən adam haqqında. [Molla Cəfər Qasım əmiyə:] Gərək düşəsən bu kənd mənim, o kənd sənin, arvadın nə qədər qohumqardaşı, cicisi, bacısı.. hamısını daşıyıb tökəsən Danabaş kəndinə. Kişi, sən şeytan fəhləsisən məyər? C.Məmmədquluzadə. Şeytana bac vermək - biclik, hiylə işlətmək. Şeytana papış tikər - çoxbilmiş, çox bic, hiyləbaz, fırıldaqçı adam haqqında. [Ağa Kərim:] Amma Ağa Salmana mənim təlimim lazım deyil. O özü şeytana papış tikər. M.F.Axundzadə. Sənin bicliyini kim bilmir, sən az qalırsan ki, şeytana papış tikəsən, sən mətləbi başa düşmürsən? E.Sultanov. Şeytanın ayağını (qıçını) sındırmaq zar. - çox az-az bir yerə gəlib-getmək, hərdənbir görünmək. Cabir məni hərdən yada salırdı. ..Ayda arabir şeytanın qıçını sındırırdı. Ə.Vəliyev. Bu meydan, bu da şeytan - hər hansı bir şeyi sübut etmək üçün əsas, dəlil göstərmək mənasında ifadə. [Bəxti:] Deyin görək, mən kimə nə eyləmişəm? Bu meydan, bu da şeytan, bu göydəki allah, bu yerdəki insanlar. S.Rəhimov. Lənət kor şeytana - bax lənət sənə kor şeytan! (“lənət” də).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....