Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞEYX
is. [ər.] 1. Ərəbistanda qəbilə və ya əşirət başçısı. Digər şeyxlər və müridlər də gəlib birər-birər [dərvişin] ətrafına toplaşırlar. H.Cavid. Təriqət başçısı və hər hansı bir təriqətə mənsub olub orada ibadətlə məşğul olan, dərvişlərə başçılıq edən şəxs. Şeyxlər meyxanədən üz döndərərlər məscidə. Füzuli. Bir gün şəhərdə belə şayiələr dövran edirdi ki, guya üsulilər ilə şeyxlərin davası olacaq. Çəmənzəminli.
Pirə baxan, pirdə nəzir yığan adam. Pirin şeyxi qısaboylu, qarnı və peysəri yoğun, ağbənizli, uzunsaqqal bir molla idi. E.Sultanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....