Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ŞAM1

is. [ər.] İçinə fitil qoyulmuş piyli maddələrdən hazırlanan silindrik işıq ləvazimi. Yanır qəribanə kənd axşamları; Titrək işıqlarla məscid şamları. S.Vurğun. Çapıq Abbas cibindən uzun bir şam çıxarıb ortaya qoydu. S.Rəhman. // Lampa və s. işıq cihazları mənasında. Axşam oldu, gün batdı, şamlar yandı. A.Səhhət.
□□ Şam kimi (təki) sönmək - puça çıxmaq, yox olmaq. Orada ağladıqca hər dustaq ürək; Şam təki sönmüşdür ümidlə dilək. S.Vurğun. Şam kimi ərimək, şama dönüb ərimək - gündən-günə ərimək, çox arıqlamaq, ətini tökmək. Mələk şam kimi ərisə də, dərdini heç kəsə açmırdı. İ.Şıxlı. Zeynalın verdiyi şəklə baxandan sonra Mülayim arvad ikicə günün içində şam kimi ərimişdi. B.Bayramov. Burnuna şam iyi dəyməyib - bərkdən-boşdan çıxmamış, dərd görməmiş adam haqqında.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....