Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞAQQILDAMAQ
f 1. Şaqqıltı səsi çıxarmaq. Dağların başında gurultu güclənir, ildırım şaqqıldayır, yeri-yurdu tərpədirdi. S.Rəhimov. Göy gurultusu .. qulaqbatıran bir dəhşətlə şaqqıldayırdı. M.Hüseyn.
2. Çatırdamaq, çırtıldamaq, şaq-şaq səs çıxarmaq. Sübhün həzin küləyi yaşıl yarpaqları bir-birinə vurub şaqqıldadırdı. Çəmənzəminli. Kəhrəbadan seçilməz alxımlar nəzərində; Ağzında şaqqıldayıb hər giləsi bal dadar. S.Rüstəm. Üzüm nə üzüm! Şəkər kimi şaqqıldayır, diş vuran kimi qana keçir. Mir Cəlal. Tərpəndikcə, bir-birinə dəydikcə şaqqıltı səsi çıxar(t)maq (bədən sümükləri haqqında). [Dərviş:] Canımda bir uçunma peyda oldu, dişlərim şaqqıldamağa az qaldı, canıma yanğı düşdü. A.Divanbəyoğlu. [İlyas:] Tərlanın boynu şaqqıldadı. O, yanakı sıçrayıb sıldırım qırağıyla çaparaq, enişə doğru getdi. Ə.Məmmədxanlı. Şaqqanaq çəkib gülmək, qəhqəhə ilə gülmək. Məşədibəy şaqqıldayıb güldü və yumurtanı əlinə aldı. M.Hüseyn. Nəriman əmi.. əllərini bir-birinə vuraraq bərkdən şaqqıldadı. İ.Əfəndiyev.
Cəh-cəh vurmaq, cəh-cəhlə ötmək, oxumaq. Meyvəlidir ormanında ağaclar; Şaqqıldayır qırqovullar, turaclar. A.Səhhət.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....