Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞAXSEY
nida. Fəlakətli, dəhşətli, faciəli bir hadisə qarşısında çıxarılan fəryad səsi. Şəhərin arvadları dəstə-dəstə Hacının böyük bacısı Pərinisanın evinə dolub boşalmaqda idilər. Şaxsey və şivən səsi asimana bülənd olmuşdu. Ə.Haqverdiyev. [Heydər bəy:] ..Bizimkilər də şaxsey deyə, saçlarını yolurlar. S.S.Axundov. □ Şaxsey vurmaq (təpmək, getmək) - yasda, məhərrəmlikdə ölü üçün saç yolmaq, fəryad qopararaq ağlamaq. [Fatma xanım:] Sənin kimi oğlun paltarın töküm, üstə şaxseyni təpim. N.Vəzirov. [Səttar:] Məhəlləmizdə şaxsey gedəcəklər, - dedi. - Gəlin, biz də gedib baxaq. P.Makulu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....