Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞAX
1. is. Ağacdan, koldan ayrılan budaq, qol; dal. Ağacdan iki şax ayrılıb. Pambıq kollarının şaxı. - Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq. [Əmiraslan Nurəddinə:] O əlin ilə tutduğun budağın başında gör nə çox gilas var, çıx o şaxı sındır. S.S.Axundov.
Ağacın qırılıb yerə tökülmüş yarpaqlı qol-budağı. Kəlbalını yolun qırağında şax, şəvəlin içərisində zarıyan bir halda tapmış və götürmüşdülər. S.Rəhimov.
məc. Soyuqluq, şaxta. Gün çıxdı, havanın şaxı sındı. - Havaların şaxı sındığından bu tərpəniş Muzdura çox ilıq gəlirdi. Ə.Əbülhəsən.
sif Hamar, düz; əzgin olmayan. Şax paltar. - Soydular Hacının şax paltarını; Tüfəngtapançanı, üç qatarını. H.K.Sanılı. Yazarsanmı, ay komandir, bax, kağız da tapmışam; Şeri bina köçürməkçin şax kağız da tapmışam. Z.Cabbarzadə.
sif. Düz, sərrast, dümdüz, dik. ..[Şərəf] qələmə ağaclar kimi şax və nazikbədənli Şirzadı içəri buraxdı. M.İbrahimov. Məmmədcəfər Məmmədəlidən bir yaş böyük, uzunboylu, şax, qüvvətli bir kişi idi. S.Rəhman. □ Şax durmaq (dayanmaq) - düz durmaq, özünü dik saxlamaq. Soldatlar şax durub çest verirdilər. Ə.Haqverdiyev. Qadın diksinmiş kimi düzəlib şax durdu. Mir Cəlal.
9 (Üzünə) şax baxmaq - cəsarətlə, çəkinmədən, qürurla baxmaq. Özünü şax tutmaq - qürurlu, təşəxxüslü olmaq. [Gülara] özünü şax tutardı. İ.Əfəndiyev. ..Fərman özünü elə şax tutardı ki, elə bil, atasına tapşırılan işin yarısını o görəcəkdi. Ə.Sadıq. Sözü şax (üzünə) demək - birinin yanında heç bir eybi, utanılacaq işi olmadığına görə sərbəst halda fikrini demək, çəkinmədən sözünü demək. [Nəsir] hər kəsin çirkin əməlini şax üzünə deyərdi. S.S.Axundov. [Surxayın] sözü .. şax deməsi Həsən kişiyə ləzzət verirdi. M.İbrahimov. ..[Usta] yaramaz işlərinin üstünü açır, nöqsanlarını şax üzünə deyirdi. M.Hüseyn. Şax gəzmək - heç kəsin yanında eybi, qəbahəti, nöqsanı olmadığına inandığı üçün özünü alnıaçıq, başıuca, dikbaş aparmaq. [Fərman:] Bilirsiniz, həmişə şax gəzmiş bir adamam, indi məni əmim götürüb elə yerə çırpıbdır ki, xəcalətimdən insan arasına çıxa bilməyirəm. Ə.Haqverdiyev. Elə buna görə də [Babacan] hələ şax gəzir, açıq danışır, özünə isnad olunan bir çox nöqsanları boynuna götürmür(dü). Ə.Əbülhəsən. Üzünə şax baxa bilməmək - birinin yanında qüsuru, günahı olduğu üçün ondan utanmaq, xəcalət çəkmək. [Səmirə:] Nə uşaqların, nə də qayınanamın üzünə şax baxa bilirdim. M.Hüseyn. Üzünə şax baxmaq - birinin yanında eyibli işi, qəbahəti olmadığı üçün özünü onun qabağında sərbəst hiss etmək, ona qürurla, cəsarətlə baxa bilmək. [Qulu:] Deyirəm, Cimi, vicdanın olsun, elə elə ki, mən də sənə əməkgünü yazanda utanıb tər tökməyim. Camaatın üzünə şax baxım. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....