Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ŞAHİD
is. [ər.] 1. Bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam. Mən bu hadisələrin şahidiyəm. - Mənim sakin olduğum otağın üzü [Sarıköynəkgilin] həyətinə olduğu üçün hər işinə şahid olurdum. S.Hüseyn. Onsuz da evin hər tərəfində keçmiş vuruşmaların şahidi olan bir çox uçuqsöküklər var idi. H.Nəzərli. Mən bir çox belə hadisələrin nəinki şahidi, hətta bir neçə dəfə iştirakçısı da olmuşam. M.Rzaquluzadə.
2. Özünə məlum olan bir iş haqqında şəhadət vermək üçün məhkəməyə çağırılan şəxs. Şahidləri dinləmək. - Dava üçün bir qazı, isbat üçün min şahid. (Ata. sözü). [Səfər Həmzəyə:] Ağa, şahidlərin biri mən. C.Cabbarlı. islam, ərizəsində bir çox şahidlər göstərirdi. S.Hüseyn. Şahid lazım olmadı, çünki Şəfiqə özü boynuna götürdü. İ.Musabəyov. □ Şahid çağırmaq (çəkmək, göstərmək) - bir şeyin həqiqətən olub-olmadığını sübut etmək üçün rəsmi şəkildə adam göstərmək, ona isnad etmək. Uçurub kökündən nəmli zindanı; Şahid çağıraram bütün dünyanı. S.Rüstəm. Qədir üzünü qonşulara tutub şahid çəkirdi. Mir Cəlal. Şahid durmaq (olmaq) - öz gözü ilə gördüyü bir şey, hadisə haqqında ifadə, məlumat verməklə onun doğru olub-olmadığını göstərmək. [Çimnaz Səriyyəyə:] Özüm gedib şahid duraram ki, sən özün-özünü öldürmüşsən. C.Cabbarlı. [Maral:] Sözlərini təkrar elə, Mirzə Qərənfil mənim şahidim olacaq. S.Rəhman.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....