Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SÜZÜLMƏK
f . 1. Qatışıqdan, aşqardan və s.-dən təmizlənmək, süzgəcdən keçirilmək. Məhlul süzüldü. Su süzüldü. // Sudan ayrılmaq. Qatıq süzüldü. Düyü süzülüb.
Axmaq, damcı-damcı tökülmək, sızmaq. Sarxan.. yanaqlarına süzülən (f.sif.) iri yaş damlalarını sildi. M.Hüseyn. Maya da özünü saxlaya bilməyib başını Səkinənin sinəsində gizlədərək süzülən (f.sif.) damcıları sildi. M.Ibrahimov. Dinlə, meşədəki bulaq nə deyir? Baxma ki, süzülür o, gilə-gilə. N.Xəzri. // Sızıb keçmək. ..Dan yeri sökülməyə başlayır, içəriyə işıq zolaqları süzülürdü. M.Hüseyn. Gülyanağa elə gəlirdi ki, göydən yerə süzülən (f.sif.) şəfəq Qəhrəmanlar kəndindəki gəncliyin, cavanların oxuduğu şən mahnının, qızların sevincinin, adamların məsud həyatının timsalıdır. Ə.Vəliyev. Günəşin ilk şüaları hisli bacadan içəri süzülərkən Fatı yorğanı üstündən götürüb tulladı. Ə.Abasov. Yarıyuxulu kimi olmaq; xumarlanmaq, axmaq (göz haqqında). Yuxusuz maraltək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım. Q.Zakir. Nə gözəl süzülür qara gözlərin; Əcəba, onları süzmək vaxtımı? M.Müşfıq. Üzülmək, ilmələri qaçmaq, seyrəkləşmək. Şalvarın dizləri süzülüb. Pencəyin qolları süzülmüşdür.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....