Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

SÜRƏT

is. [ər. ] 1. Hər hansı bir hərəkətin itilik, tezlik dərəcəsi; çapıqlıq. Qaçışın sürəti. Səsin sürəti. Uçuşun sürəti. - Ay saf göydə öz gediş sürətini artırmamış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdilər. H.Nəzərli. Maşın get-gedə sürətini artıraraq yağ kimi sürüşürdü. S.Rəhman.
□ Sürət qatarı - böyük sürətlə işləyən, çox iti gedən qatar. // Hər hansı prosesin, işin gedişindəki tezlik dərəcəsi. Əqrəbin sürəti. Hesablamanın sürəti. Atışın sürəti.
2. fiz. Cismin keçdiyi yolun müvafiq saata olan nisbəti. Sürət vahidi. Sürətin hesablanması.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....