Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SÜMÜRMƏK
f . 1. Ağız və dodaqları ilə bir şeyi sorub çəkmək: əmmək. Suyu sümürmək. Papirosu sümürmək. - Cümşüd bəy qəlyanı hərdənbir sümürüb qəhvəni qarışdırır və qurtum-qurtum içib söhbətə qulaq asırdı. E.Sultanov. Qarı bu suala diqqətlə qulaq asıb çubuğunu sümürdü.. S.Rəhman.
2. məc. Aldadaraq, dilə tutaraq birinin varyoxunu sorub çəkmək, soymaq.
□□ Qanını sümürmək - bax qanını sormaq (“qan” da). [Şeyda:] Təbii, o sizin qanınızı sorub sümürmək istər. H.Cavid. [Qarakişi Hümmətə:] ..Taxtabiti kimi kolxozun qanını sümürdün, indi də bizim üstümüzə yıxırsan?! B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....