Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SÜKUT
is. [ər.] 1. Susma, danışmama, dinməmə. // Sakitlik. Bir qədər sükutdan sonra Tahir söhbətin mövzusunu dəyişdi.. M.Hüseyn. Gör nələr danışır o qərib sükut; Bəli, sükutun da öz dili vardır. N.Xəzri. □ Sükut etmək - dinməmək, danışmamaq, susmaq. Heç yazmayım, dedim, istəyim söndü; Qələm sükut etdi, könlüm düşündü. Ə.Cavad. Bəxtiyar-bəxtiyar açılar səhər; Dünya sükut edib səni dinləyər; Sən danışanda. N.Xəzri. Sükuta dalmaq (batmaq), sükuta qərq olmaq - bax sükut etmək. Dostlar.. gözlərini bir-birinə zilləyib, sükuta daldılar. M.Hüseyn. Birdən-birə aləm sükuta dalır. Mir Cəlal. Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın, əlbət. M.Dilbazi. Sükuta getmək - bir müddət danışmamaq, dinməmək, səsini çıxarmamaq. Cənnətəlinin .. məzəli hoppanmalarının bəxş etdiyi təsir sayəsində cavanlar bir müddət sükuta getdilər. Çəmənzəminli. Sükutu pozmaq - danışmağa başlamaq, sakitliyi pozmaq. Kənarda dayanıb deyilənlərə qulaq asan Mürsəl sükutu pozdu. Ə.Vəliyev. Müəllim sükutu pozdu. S.Vəliyev.
2. Aram, rahatlıq. Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var. Q.Zakir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....