Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SÜDƏMƏR
sif. 1. Döş əmən, süd əmən; körpə, çağa. [Ceyran:] Qucağındakı südəmər uşağını nə etsin? S.Hüseyn. ..[Fotoqraf] südəmər uşaq tutan qadın gördükdə diksindi. S.Vəliyev. // İs. mənasında. Qocaların, cavanların, südəmərlərin; Üz-gözündən səhər kimi nurlar tökülür. S.Vurğun.
2. isteh. Uşaq, körpə (təcrübəsiz mənasında). Sarı Musa acığından titrəyirdi, çünki o bilirdi ki, sabah “Sarı Musanın tüfəngini gecə südəmər bir uşaq əlindən almışdır” sözləri dillərdə dastan olacaqdı. A.Şaiq. Biz kimə arxalanıb turbin qazmasına keçəcəyik? Südəmər uşaqlaramı? M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....