Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SÜBUT
is. [ər.] Hər hansı bir şeyin həqiqiliyini, düzlüyünü göstərən fakt, mülahizə, müddəa, dəlil. [Almaz:] [Kəndin ağalarının] əlində sübut var. C.Cabbarlı. Müəllim hiss etdi ki, belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir. S.Hüseyn.
□ Sübut etmək (qılmaq) - bir faktın olduğunu dəlillərlə birinə qəbul etdirmək, təsdiq etdirmək. Yaqo .. Kassio ilə Dezdemonanın mabeynində məhz ülfət və məhəbbət olduğunu qisim-qisim dəlillər ilə ərəbə sübut qılır. F.Köçərli. Ovçu .. məharətini sübut etmək üçün ətrafa göz gəzdirdi. H.Seyidbəyli. Sübuta yetirmək - sübut etmək. ..Mədəd bu saat həmdəm axtarırdı ki, Xanpəri haqqında ürəyini boşaltsın. Özünün haqlı olduğunu, Xanpərinin səhv etdiyini sübuta yetirsin. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....