Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SÖYKƏNMƏK
f 1. Arxasını və ya bədənin bir yerini bir şeyə dayayaraq dayanmaq; durmaq, istinad etmək. Bir daşa söykənib, tüfəngimi [pələngə] tərəf yönəltdim. A.Şaiq. [Fərhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı. Ə.Vəliyev. Gecə keçmiş, ulduzlar ağ, göy, qara; Söykənmişəm qocaman bir çinara. R.Rza.
məc. Arxalanmaq, güvənmək, etibar etmək. Atasına söykənmək. - Mollayev tək-tük nüfuzlu dostlarına arxalandığı halda, Aslanov saysız-hesabsız sıravi, sadə adamların gücünə söykənirdi. M.Hüseyn. // məc. Əsaslanmaq, istinad etmək. Qabaqcıl nəzəriyyəyə söykənmək. Faktlara söykənmək.
Bir-birinə sıx qoyulmaq, durmaq. Çuval çuvala söykənib. - Dalda kisələr bir-birinə söykənmişdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....