İzahlı lüğət

SÖKÜK

sif. 1. Sökülmüş, uçulmuş, dağılmış halda olan. Sökük divar. Sökük döşəmə. Sökük daxma. - O zaman kolxoz idarəsi iki otaqdan ibarət köhnə və yan-yörəsi sökük bir binada yerləşirdi. M.İbrahimov. [Cinayətkar adamlar] ..dar dalanlar, sökük hasarlar, ucqar məhəllələr, kimsəsiz səhralar axtarır, öz çirkin işlərini belə yerlərdə görürdülər. H.Seyidbəyli. // is. Binanın və s.-nin sökülmüş yeri. Evin sökükləri görünür. Divarın söküklərini təmir etmək.
2. Tikişi, sapı, hörgüsü açılmış, sapı qaçmış. Sökük xalça. Sökük papaq. Sökük ətək.
[Mürsəl:] ..Sınıq qələm, sökük zənbil heç kəsin evində yoxdur. Mir Cəlal. // is. Paltarın və s.-nin tikişi, sapı açılmış yeri. Paltarın söküyünü tikmək. Corabın söküyünü gözəmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SOY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed