Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SOYUTMAQ
f . 1. Bir qədər soyuq eləmək, soyuq hala salmaq, soyumasına səbəb olmaq. Pəncərəni açıb otağı soyutmaq. Xörəyi soyutmaq. - Nə qədər yel soyutsa da havanı; Çoban artıq büründü bərk çuxanı. A.Səhhət. [Salman] özünü havaya verib, tərini soyudurdu. M.İbrahimov.
2. məc. Ruhdan salmaq, həvəsdən salmaq, uzaqlaşdırmaq, gözündən salmaq. Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub dərbədər etdin məni sən. A.Səhhət. [Mirva] dünən bu qızı xəstə kimi qələmə verməkdə Aslandan soyutmaq istəyirmiş. S.Vəliyev.
□□ Acığını (hirsini) soyutmaq - acığını, hirsini yatırtmaq, sakitləşdirmək. ..Gülyaz qocanı dilə tutub yumşaltmaq, onun hirsini soyudub, öz istəkli qızını bu ağır xəstəlik yatağından qaldırmaq istəyirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....