Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SORAQ
is. Axtarma, arama, soruşma, soruşub bilmə (öyrənmə, xəbər tutma); soruşmaqla öyrənilən şey, xəbər, məlumat. Xucuklu Mahmudbəy çoxdandı ki, Nəbinin sorağında idi. “Qaçaq Nəbi” . // Biri haqqında məlumat, xəbər. [Ümid nazirə:] Bəs sizin sorağınız “Nərimanov” kolxozundan gəlir. Bayramov. □ Sorağında olmaq - həsrətində olmaq, axtarmaq, təmənnasında olmaq. Vaqif durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətirə bilərlərmi? F.Köçərli. Soraq almaq bir xəbər bilmək, məlumatı olmaq. Sorağını aldım. - [Əlyar xan] harada nadir, gözəl, diqqətəlayiq bir şeyin sorağını alardısa, hər necə vasitə ilə olursa olsun, dərhal onu ələ keçirməyə çalışardı. Ə.Məmmədxanlı. Soraq etmək - axtarmaq, aramaq, ondan-bundan soruşub öyrənmək, bilmək, xəbər tutmaq, məlumat almaq. - inəyi itən soraq edər. (Ata. sözü). Haraları gəzib aramalı, kimi soraq etməli idim. S.Hüseyn. [Şahin:] [Müəllimimiz] fikirləşib ki, saatın itdiyini tələbələrdən soraq eləsəm yaxşı düşməz. B.Bayramov. Soraq vermək - xəbər vermək, məlumat vermək. Gələcək günlərdən verərək soraq; Oldu bir-birinə ürəklər dayaq. S.Rüstəm. [Katibədən] heç kəs bir soraq verməyirdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....