Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SOLMAQ
f . Rəngi qaçmaq, rəngini, parlaqlığını itirmək, saralmaq, təravətini itirmək. Payız gəldi, yarpaqlar soldu. Gülü suya qoymasan solar. - [Xuraman:] Külək əsər, yarpaq düşər, çiçək solar; Viran qalmış mənim bu can otağımdan.. S.Vurğun. Kosanın bostanında xiyar tağları saralır, göy gülbəsərləri solurdu. S.Rəhimov. // Ağarmaq, bozarmaq, rəngini itirmək. Paltar günün altında geyinməkdən solub. // Məc. mənada. Adam haqqında. [Sənəm Züleyxaya:] Bir ildir gəlin gəlmisən, hələ səni şad görməmişik, .. dərd çəkməkdən gül kimi solmusan. Çəmənzəminli. [Asya və Telli:] Niyə solmuş rüxsarın; Gül-çöhrə, tez söylə. Ü.Hacıbəyov. Elə bir vaxt oldu ki, qız solmağa, çirkinləşməyə üz qoydu. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla