Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SOLĞUN
sif. 1. Rəngi qaçmış, rəngi solmuş, soluq. Solğun çöhrə. - [Ovçunun] solğun dodaqları əsir, bir-birindən xeyli aralı olan qövsəbənzər qaşları çatılmışdı. M.Rzaquluzadə. [Mahmudun] solğun sifəti qızarmışdı. S.Vəliyev. // Təravəti getmiş, təravətini itirmiş, solmuş, saralmış, ölgün. Solğun çiçək. Solğun yarpaq. // məc. Pəjmürdə, tutqun, pərişan, dilxor. [Gülüş:] Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır? Cabbarlı.
Rəngi yaxşı bilinməyən, parıltısı nəzəri cəlb etməyən, ölgün. Solğun parça. Solğun pərdə. - [Hacı Qara:] Rus malı alıram, solğun (z.) çıxır, qızılbaş malı alıram, çürük çıxır. Ə.Haqverdiyev. // Ağarmış, bozarmış, rəngi getmiş. Orada-burada solğun paltarlı qocalar və arvadlar gözə çarpırdı. Çəmənzəminli. Kosa iki əli ilə öz başına bərk bir qapaz vurdu. Onun solğun kepkasının burnu öz burnu ilə qoşalaşdı. S.Rəhimov. // Parıltısız, tutqun, işığı zəifləmiş, ölgün. Solğun şəfəq. Solğun işıq. - Bəzən də göyləri gəzən solğun ay; Yarıb buludları hücuma çıxır. S.Vurğun. Günəş solğun, üfüq də tutulmuş kimi dərdə; Orda sarı buludlar sallanır pərdə-pərdə. M.Müşfiq.
məc. Dili, üslubu təsirli, ifadəli olmayan; çox zəif. Solğun tərcümə. Əsərin solğun dili var.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....