Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
SİYAHI
is. [fars.] Üzərində sıra ilə adlar sadalanmış, yazılmış kağız və s. Şagirdlərin siyahısı. Kitabların siyahısı. Evlərin siyahısı. Seçicilərin siyahısı. - [Məhərrəm bəy:] ..Atamın siyahı dəftəri əlimə düşdü. S.S.Axundov. Qonaqların siyahısı otuz nəfərə çatanda Tərlanovun arvadı deyinməyə başlamışdı. H.Seyidbəyli. □ Siyahı tutmaq - bir-bir, sıra ilə adları kağız üzərində yazmaq, sıralamaq. Kitabların siyahısını tutmaq. Gələnlərin siyahısını tutmaq. Siyahıya almaq (vurmaq, götürmək) - bax siyahı tutmaq. [Oğlan:] Varlıların, tacirlərin, mülk sahiblərinin varyoxlarını siyahıya vurub əllərindən alıblar. Ə.Haqverdiyev. [Nuriyyə:] Balaca bir kataloq düzəltmək üçün kitabları yenidən siyahıya aldım. İ.Əfəndiyev. [Məmməd İsmayılov:] Elə isə, Murad, götür siyahıya, Hüseyn Xələfov. S.Rəhman.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....